15 Dekabr 2015 01:24
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin köməkçisi: "Sifariş portfelimiz 57 mlrd. dolları ötüb"

Rusiya bu ilin əvvəlindən xarici dövlətlərə 11,6 mlrd. ABŞ dolları dəyərində hərbi məhsul satıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin hərbi-texniki məsələlər üzrə köməkçisi Vladimir Kojin bildirib. Onun sözlərinı görə, bu ilin əvvəlindən Rusiyanın sifariş portfeli 57 mlrd dolları ötüb və bundan sonra da artacaq.

"Bu ilin yekunlarına görə, demək olar ki, bizim hərbi-sənayə kompleksinin maraqlarını təmsil etdiyi "Rosoboroneksport" öz tapşırıqlarını yerinə yetirib. Bu vaxta kimi 11,6 mlrd. dollar dəyərində hərbi sənaye məhsulu sifarişçilərə çatdırılıb. Çatdırılmalar davam edir. Biz çox güman ki, bu ilin əvvəlində prezidentdə məruzə etdiyimiz planları yerinə yetirmiş olacağıq",-deyə Vladimir Kojin qeyd edib.


Müəllif:

Oxşar xəbərlər