24 Dekabr 2015 13:05
2 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş naziri Dmitri Medvedev Türkiyə vətəndaşlarının rus şirkətlərində işə götürülməsi ilə bağlı qərar qəbul edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Medvedev jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, müvafiq siyahı artıq təsdiqlənib: "Qərar layihəsi dekabrın 11-də Rusiya əmək naziri Aleksey Vovçenkin tərəfindən təqdim edilib. Mən müvafiq qadağaların şamil olmayacağı şirkətlərin siyahısını təsdiqlədim. Siyahıdan kənar heç bir şirkət Türkiyə vətəndaşlarını işə götürə bilməyəcək. Qərarda yerli hakimiyyət orqanlarının tələb və təklifləri nəzərə alınıb. Qərar 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 28-də Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər