ABŞ-da daha bir müəllim-şagird qalmaqalı yaşanıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə hadisə Konnektiku ştatında baş verib. 45 yaşlı müəllimə Kul Damato-Kuşel 15 yaşlı şagirdi ilə cinsi əlaqəyə girməkdə ittiham olunub.
Hakim qarşısına çıxarılan Damato cinsi istismarda, uşağın əxlaqını pozmaqda və sübutları məhv etməkdə günahlandırılıb.
Polisə ifadəsində oğlan 2013-cü ildən bəri Damato-Kuşel ilə birlikdə olduğunu deyib. O, müəllimənin hətta bir dəfə hamilə qalıb abort etdirdiyini də bildirib.
Polis Damato-Kuşelin DNT izinin uşağın alt paltarında tapıldığını açıqlayıb. Bundan əlavə uşağa heç kimə heç nə danışmaması üçün 900 dollar pul verdiyini bildirilib.
Damato-Kushelin birlikdə olduğu uşağa ibtidai sinifdə dərs keçdiyi müəyyən olunub. Damato və uşaq arasındaki münasibət müəllimənin əri tərəfindən aşkarlanıb.
Müəllimə 50 min dollar girov qarşılığında sərbəst buraxılıb.
Ramal