Əgər İslam ittifaqı olsaydı, Fələstinin azad edilməsini və yəhudilərin öldürülməsini istərdim.
Axar.az xəbər verir ki, bu sözləri İŞİD lideri Əbubəkr Bağdadi Səudiyyə Ərəbistanının başçılığı ilə terrora qarşı mübarizə məqsədilə yaradılan “Terrora qarşı İslam İttifaqı” adlı təşkilatı tənqid edərkən deyib.
“Allah, ona ibadət edənlərə qələbə qazandıracaq. Bundan əmin olun. Dövlətimizin rifahı daha da yaxşılaşır. Bizə qarşı müharibə gücləndikcə, dövlətimiz daha da güclənir və dayanıqlı olur. İki cür uğur qazanacağıq: Ya cənnət, ya qələbə. İŞİD bu yaxınlarda İsrailə hücum edəcək. Yəhudilər tezliklə bizi Fələstində görəcəklər. İsrail Fələstini unutduğumuzu, onların diqqətimizdən yayındıqlarını düşünürlər. Fələstini bir an belə unutmadıq", - Bağdadi bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılığı ilə 34 İslam ölkəsi “Terrora qarşı İslam İttifaqı” adlı təşkilat yaradıb. Təşkilatın hədəfi terrora qarşı mübarizə aparmaqdır.