4 Fevral 2016 01:55
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya müxalifətinin nümayəndə heyəti Cenevrəni tərk edir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitəsinin lideri, ölkənin sabiq baş naziri Riyad Hicab bəyan edib.

“Biz danışıqların uğurla nəticələnməsini arzulayırdıq, lakin qarşı tərəf bunu istəmədi. Əsəd rejimi yalnız vaxt qazanmaq niyyətindədir. BMT Təhlükəsizlik Şurasının humanitar tədbirlərlə bağlı ötən ilin dekabrında qəbul etdiyi qətnamənin heç bir bəndi yerinə yetirilməyib. Biz hələ danışıqlardan öncə şəhərlərin atəşə tutulması və dinc əhaliyə qarşı hücumlara son qoyulmasını, məhbusların azad edilməsini tələb edirdik”, deyə R.Hicab bildirib.

Onun sözlərinə görə, Bəşər Əsədin Suriyada gələcəyi yoxdur: “Rejim legitimliyini itirib, ölkədə hakimiyyət rusların və iranlıların əlindədir”.

Qeyd edək ki, BMT-nin xüsusi elçisi Staffan de Mistura Suriya üzrə danışıqlara fasilə verildiyini, növbəti görüşün fevralın 25-də keçiriləcəyini bəyan edib.


Müəllif:

Oxşar xəbərlər