5 Fevral 2016 23:36
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda gündəmimizdə "Trans-Anadolu" Təbii Qaz Kəməri var. Dəyəri 8 milyard dolları aşacaq çox böyük və strateji layihə üçün 1 milyard avroluq maliyyə dəstəyi tələb olunur. Bu maliyyələşməni birdəfəlik deyil, hissə-hissə təmin edəcəyik".

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Avropa İnvestisiya Bankının sədr müavini Pim Van Ballekom deyib.

Onun sözlərinə görə, bu il Türkiyənin tələbi ilə enerji sahəsinin maliyyələşdirilməsinin prioritetləri açıqlanacaq: "Ötən il maliyyələşdirilmənin böyük hissəsi kiçik və orta müəssisələrin yaradılmasına sərf olunub. Bu il isə Türkiyənin enerji sektoruna verəcəyi kreditin miqdarının həmişəkindən çox olacağını nəzərə alaraq, planlarımızı türkiyəli rəsmilərlə müzakirə edəcəyik".

Elvin


Müəllif:

Oxşar xəbərlər