Suriyalı 27 yaşlı Həssan Yussef və 18 yaşlı Nada Merhi ölkənin ən dağıdılmış şəhəri sayılan Xümsün xarabalıqlarında toy fotosessiyası ediblər.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Washinqton Post" verib. Hərbi əməliyyatlardan sonra şəhər tamamilə dağıdılıb.
Məlumata görə, toy mərasimi fevralın 5-də olub. Gənclərin toy fotoqrafı "France-Press" agentliyində çalışan Cəfər Meray və onun həmkarı Cozef Eid olub.
Fotoqraflar deyib: "Biz öz şəkillərimizdə göstərmək istəmişik ki, həyat ölümdən güclüdür".