12 Fevral 2016 22:12
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların qeydiyyatı üçün “hotspot” deyilən mərkəzlər Avropa İttifaqının ərazisindən kənarda olmalıdır.

Çexiya baş nazirinin müavini Andrey Babiş bu fikri Niderlandın baş naziri Mark Rutt ilə görüşmək üçün Haaqaya yola düşərkən söyləyib.

“Mən əminəm ki, əsas hotspotlar Türkiyədə yerləşməlidir”, - deyən A.Babiş hesab edir ki, Yunanıstan Şengen sisteminin tərkib hissəsi olmamalıdır. Babişin fikrincə, Yunanıstan Şengen məkanının xarici sərhədlərinin qorunması vəzifəsinin öhdəsindən gələ bilmir. Baş nazirin müavini əmindir ki, Avropa sərhədlərinin qorunması mərkəzləşdirilmiş şəkildə Brüsseldən idarə edilməlidir, çünki Yunanıstana və İtaliyaya bunun üçün vəsait ayrılmasına baxmayaraq, onlar ümidləri doğrultmayıblar.


Müəllif:

Oxşar xəbərlər