29 Fevral 2016 00:52
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yabloka"nın bazar günü keçirilən qurultayında partiyanın yaradıcısı Qriqori Yavlinskinin 2018-ci ildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd olması qərara alınıb.

Teleqraf.com-un ria.ru-ya istinadən xəbərinə görə, "Yabloka"nın qurultayı partiyanın Siyasi Komitəsinin 2015-ci ilin iyununda irəli sürdüyü təklifi dəstəkləyib.

Yavlinski "Yabloka"nın qurucusudur. O, partiyaya 15 il rəhbərlik edib.

Bu qərardan bir neçə saat öncə Rusiya Respublikaçılar Partiyasının sədri Vladimir Rıjkov və Dövlət Dumasının deputatı Dmitri Qudkov bildiriblər ki, Yavlinskinin prezidentliyə namizədliyini dəstəkləməyə hazırdırlar.

Nihad


Müəllif:

Oxşar xəbərlər