2 Mart 2016 01:12
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə kiberhücumda suçlanan türkiyəli haker ABŞ məhkəməsində günahını etiraf edib.

Teleqraf.com-un ria.ru-ya istinadən xəbərinə görə, Ercan Fındıkoğlu adlı hakerin hücumları nəticəsində qlobal maliyyə sisteminə milyon dollarlarla ziyan dəyib.

Röyterin xəbərinə görə, Ercan Fındıkoğlu 2013-cü ildə Almaniyada həbs edilib. 2015-ci ildə o, ABŞ-a ekstradisiya olunub.

Bundan öncə Assoşieyted Press agentliyi Nyu-York məhkəməsinin bir neçə il əvvəl Türkiyə vətəndaşının pul köçürməsi ilə məşğul olan 3 şirkətin sistemini dağıtdığı və pul yatırılmış bank kartlarının limitinı artırdığını ehtimal etdiyini bildirmişdi. Bundan sonra türk haker bank kartları haqqında məlumatları bir neçə nəfərə göndərib, onlar isə bankomatlardan külli miqdarda pul çıxarıblar.

Agentliyin xəbərinə görə, Ercan Fındıkoğlunun işi üzrə məhkəmə prosesi dünən keçirilib.

Nihad


Müəllif:

Oxşar xəbərlər