Almaniyanın keçmiş kansleri Helmut Kol jurnalist Heribert Şvanı məhkəməyə verib və mənəvi zərərə görə ondan 5 milyon avro təzminat tələb edir. Proses bu həftə Köln məhkəməsində başlamalıdır.
Köln məhkəməsi 2014-cü ildə jurnalistin “Vəsiyyət. Kolun protokolları” kitabında dərc edilən sitatları yayımlamaq haqqının olmadığı barədə qərar çıxarıb. Belə ki, bioqrafiya üzərində işə başlamazdan əvvəl Şvan sabiq kanslerə aid sitatları icazəsiz istifadə etməmək barədə öhdəlik götürüb. Almaniyada 2014-cü ilin əsas hadisəsi olan kitabın tirajı 200 min nüsxəni ötüb.
Qeyd edək ki, bioqrafiyada jurnalistin siyasətçi ilə şəxsi söhbətlərinin məzmunu dərc olunub. Həmin söhbətlərdə Helmut Kol bəzi həmkarlarının ünvanına xoşagəlməz ifadələr işlədib.
/Azərtac/