Ağ Evin mühafizəçiləri hasarı aşaraq içəri daxil olmaq istəyən bir kişini həbs ediblər.
Publika.az “The Washington Post” qazetinə istinadən xəbər verir ki, hadisə dünən, yerli vaxtla 16:30 radələrində baş verib.
Xüsusi xidmət orqanlarının əməkdaşları turistlərin gözü qarşısında hasarı aşmaq istəyən bir şəxsi görüblər. İnsindent tez həll olunub. Mühafizə kişini həbs edib. Hələlik onun adı açıqlanmır.