İranın hərbi-kosmik qüvvələri ikinci dəfə ballistik raket sınağı həyata keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sınaq zamanı İran istehsalı olan iki raket buraxılıb. Artıq İran ərazisində müxtəlif nöqtələrdən yaxın, orta və uzaq mənzilli raketlər sınaqdan keçirilib.
Bu arada, ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqlayıb. Bununla bağlı ABŞ Konqresinin xüsusi nümayəndəsi Pol Rayan məlumat verib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, İran rəhbərliyinin raket sınaqları keçirməsinə sanksiyalarla cavab vermək niyyətindədir: "İran hökuməti ABŞ və onun müttəfiqlərinə qarşı fəaliyyətində dəyişikliklər etməyincə, Vaşinqton bu ölkəyə qarşı sanksiyaları davam etdirəcək".
Qeyd edək ki, bir müddət öncə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kibri də oxşar açıqlama vermişdi.
Samir