Rusiya ilə OPEK üzvləri arasındakı görüş Moskvada keçirilməyəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, toplantı aprelin 17-i Qətərdə baş tutacaq:
"Qətər, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela rəsmiləri arasındakı yeni görüş əvvəlkilərin məntiqi davamıdır" - Qətərin neft naziri Məhəmməd əl Sara deyib.
Görüşün hansı səbəbdən Rusiyada deyil, Qətərdə keçiriləcəyi açıqlanmayıb.
Qeyd edək ki, bir müddət öncə Rusiyanın energetika naziri Aleksandr Novak görüşün Moskvada baş tutacağını açıqlamışdı.
Samir