16 Mart 2016 22:53
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran dünya birliyi ilə münasibətləri yaxşılaşdırmağa və qarşılıqlı əlaqələri genişləndirməyə hazırdır”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhanihökumət iclasında çıxışı zamanı deyib:

“Bizim xalq çaxnaşmanı sevmir və onun tərəfdarı deyil. Çaxnaşma yolunu seçən ölkələr isə ümid edirik ki, sülh və səmimilik yoluna qayıdacaqlar. Bizim raketlərimizin sınaqdan keçirilməsi məsələsini namərdcəsinə BMT Təhlükəsizlik Şurasına aparıb qaldıranlar, istədiklərinə nail ola bilmədilər və ümidsizcəsinə geri döndülər.

Bizim qonşu ölkələrdən hər hansı birinə təcavüz etmək fikrimiz yoxdur. Əvvəllər də bildirdiyimiz kimi, bizim raket proqramımız və onunla bağlı fəaliyyətimiz yalnız müdafiə xarakteri daşıyır”.

Xatırladaq ki, martın 8-i və 9-da İranın Qum əyalətində “Qiyam”, “Qədr” və daha bir neçə ballistik raketi sınaqdan keçirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər