16 Mart 2016 20:32
2 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyənin Avropa Birliyinə üzvlüyü hazırda gündəmdə deyil".

Bunu Almaniya kansleri Angela Merkel bildirib. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Merkel Brüsseldə Avropa Birliyi və Türkiyə arasındakı miqrasiya problemi və Ankaranın üzvlük mövzusunda tələblərinin müzakirə olunacağı zirvə toplantısından öncə jurnalistlərin suallarını cavablandırıb.

Merkel qeyd edib ki, Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi açıq olaraq qalır və gündəmdə deyil: "Avropa Birliyinin tələbləri dəyişməyib, dəyişilməyəcək də. Türkiyə mətbuat azadlığı və kürdlərlə bağlı problemləri həll etməyib".

Ayxan


Müəllif:

Oxşar xəbərlər