Suriyada 2011-ci ilin mart ayından bəri vətəndaş müharibəsi davam etsə də Bəşər Əsəd hələ də hakimiyyət başındadır. Əsədin məğlub olmaması müxtəlif prizmalardan müzakirə olunmaqdadır. Teleqraf.com-un məlumatına görə, ABŞ Əsədin hələ də kürsüdə qalmasını Rusiya faktoru ilə bağlayır.
ABŞ müdafiə naziri general Yozef Dunford hesab edir ki, Rusya İŞİD-ə qarşı mübarizə aparmaq üçün girdiyi Suriyada Əsəd rejiminə də dəstək göstərir.
Yozef Dunford Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) çıxışı zamanı bildirib ki, Əsəd rejimi ötən ilin iyul-avqust aylarında acınacaqlı halda olub. Amma indi sabitliyini saxlaya bilib. Rusiya Suriyaya girəndən sonra Əsəd gücünü bərpa edə bilib. Rusiya Suriyaya girəndə bəyan etdi ki, əsas məqsəd İŞİD-i məhv etməkdir. Amma mən onların əsl niyyətlərini bilmirəm. Görünən odur ki, ruslar Əsədə dəstək verirlər".
Ayxan