ABŞ prezidenti Bakar Obama Nüvə Təhlükəsizliyi Sammitindən əvvəl Rusiyaya çağırış edib.
Teleqraf.com "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, Obama rəsmi Moskvanı orta və kiçik mənzilli raketlər haqqında müqavilənin bütün şərtlərinə əməl etməyə çağırıb:
"Orta və kiçik mənzilli raketlər haqqında müqavilənin pozulması nəzərə alaraq, Rusiyanı öz öhdəliklərini yerinə yetirməyə çağırmaqda davam edirik. Nüvə arsenalını azaltmaq lazımdır. Bu məsələ ətrafında Rusiya və ABŞ arasında ikitərəfli danışıqlar çox vacibdir".
Obama əlavə edib ki, Rusiya və ABŞ strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılmasına dair tədbirlər haqqında müqavilə ətrafında fəaliyyətini davam etdirir.
Samir