Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Bakıya gələcək.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, səfər çərçivəsində Lavrov Bakıda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşəcək. Görüşlər zamanı nəqliyyat layihələri və Xəzərdə qarşılıqlı fəaliyyət müzakirə ediləcək.
Bundan başqa, Lavrov aprelin 5-də Moskvada səfərdə olan Avstriya xarici işlər naziri ilə görüşəcək.
Samir