ABŞ müdafiə nazirinin müavini Robert Vork bəyan edib ki, Pentaqon yaxın 6 il ərzində Rusiya raket mühərriklərindən imtina edə bilməyəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, R.Vork hərbi-kosmik peykləri təchiz etmək üçün Pentaqona yaxın 6 il ərzində 18-ə RD-180 tipli raket mühərriki almaq tələb olunduğunu bildirib. Nazir müavini bu müddət ərzində ABŞ-ın özünün yeni reket mühərriki yaratmağı planlaşdırdığını vurğulayıb.
“Biz sadəcə 6 ildən tez yeni mühərrikin yaradılacağının mümkün olduğunu güman etmirik. Bizə RD-180 lazımdır, amma 18 ədəddən çox lazım deyil”, deyə R.Vork bildirib.
Qeyd edək ki, az öncə Alabama ştatından olan respublikaçı-senator Riçard Şelbi ABŞ hərbi peyklərinin səmaya buraxılması üçün vacib olan rus raket mühərriklərindən imtina etməyə tələsməməyə çağırmışdı.
Bu ilin martında ABŞ-ın “Orbital” korporasiyası daha 8 rus raket mühərrikinin alınmasına dair qərar qəbul edib. Bu barədə Rusiyanın “Enerqomaş” Elmi-İstehsalat Birliyi Açıq Səhmdar Cəmiyyəti məlumat yaymışdı.
Səxavət