Güney Azərbaycanın Ərdəbil şəhəri ilə Türkiyənin Konya şəhəri qardaşlaşır.
Teleqraf.com-un GünAZ TV-yə istinadən verdiyi məlumata görə, bu barədə Ərdəbil Əyalətinin Kənd Təsərrüfatı, Mədən Sənayesi və Ticarət Palatasının rəisi məlumat verib.
Hüseyn Pirmüəzzin bildirib ki, İran-Türkiyə iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın iclası zamanı yüksək rütbəli şəxslərin qərarı ilə Azərbaycanın Ərdəbil və Türkiyənin Konya şəhərləri qardaşlaşacaq.
O əlavə edib ki, Türkiyədə bu ölkə ilə İran arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın iclası keçirilib.
Həmin tədbirdə səlahiyyətli şəxslərin qərarı ilə Ərdəbil və Konya şəhərləri qardaşlaşıb. İki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın növbəti iclası isə Ərdəbil şəhərində keçiriləcək.
Bəkir