Xüsusi Qüvvələr Komandanlığı ya da xalq arasındakı adıyla Bordo Berelilər üst səviyyə təhsil almış yetişdirilmiş xüsusi əsgərlərə verilən addır.
1992-ci ildə Briqada səviyyəsində qurulmuş və daha sonra diviziya, ardından 2006- Yüksək Əsgəri Şura qərarı ilə Tabor, 2010- Yüksək Əsgəri Şura qərarı ilə təkrar Diviziya və 2011- Yüksək Əsgəri Şura qərarı ilə təkrar Korpus səviyyəsinə gətirilib. Heç bir qüvvə komandirliyinə bağlı olmayan Bordo Berelilər Baş qərargah Başçısına bağlı olaraq vəzifə yerinə yetirərlər.
Bordo Berelilərlə Müharibə Axtarış Xilasetmə (MAK) Xüsusi Qüvvələrinin əmrində xidmət edirlər. Burada vəzifə yerinə yetirən əsgərlər xüsusi olaraq seçilir. Bordo Berelilər 2004-cü ildə Almaniyada keçirilən Dünya Xüsusi Təyinatlıları Çempionatında, 26 xüsusi qüvvə birliyi arasında birinci olub. Bordo Berelilər eyni zamanda dövlət böyüklərinin yaxın qoruma vəzifəsini də yerinə yetirərlər. Başda baş qərargah başçısı olmaq üzrə komandirlərinin və yüksək rütbəli generalların qoruma və təhlükəsizlik vəzifələrini boynuna götürərlər. Abdullah Öcalanın tutulma və Türkiyəyə gətirilməsi vəzifəsində böyük rol oynamışlar.
Əsl vəzifələri; ola biləcək bir döyüş vəziyyətində xalqı təşkilatlandırmaq və yetişdirməkdir. Bordo Berelilerin gizliliyini Milli Təhlükəsizlik Təşkilatı qoruyur.
Bordo Berelilər ağla gələ biləcək bütün döyüş texnikaları haqqında təhsil alır. Az qala bütün silahları istifadə bacarığı qazanan əsgərlər təxminən 34 illik təhsil alırlar. Bu illər ərzində 4050 müxtəlif dərs tədris edilir. Bordo Berelilər 7080 testdən keçərək bu vəzifə getirilir.
Bordo Berelilərin aldığı digər bəzi təhsillər isə bunlardır:
Çox soyuq və çox isti hava şərtlərində vəzifəni icra etmək,
Paraşüt təhsili,
Balıq adam təhsili,
Xəritə oxumaq təhsili,
Dənizdə həyatda qala bilmək təhsili,
Hədəf yox etmək təhsili,
Düşmənin içinə sızmaq təhsili,
Taktiki hərəkat təhsili,
Pusqu və qaçaraq xilas olma təhsili,
Yaxın müharibə təhsili,
Girov əməliyyatı təhsili,
İşgəncə və Psixoloji hərb təhsili,
Xarici Dil Təhsili,
BAKU.WS