27 Aprel 2016 16:30
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Regionda qüvvələr nisbətinin dəyişməsi üçün terrorçulardan istifadə etmək təhlükəlidir".

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib:

"Müxaliflərlə mübarizədə terrorçulardan alət kimi istifadə dərhal dayandırılmalıdır". Lavrov əlavə edib ki, Rusiya olmadan Avropada təhlükəsizliyin etibarlı olmasını təmin etmək mümkün deyil: "NATO-Rusiya danışıqlarının nəticəsinə fikir versək, görərik ki, Avropada təhlükəsizlik məsələləri dalana dirənib".

Rusiyalı nazir kürdlərin Suriya danışıqlarına dəvət olunması məsələsinə də münasibət bildirib: "Biz suriyalı kürdlərin danışıqlarda iştirakını dəstəkləyirik. Bu, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğundur".


Samir


Müəllif:

Oxşar xəbərlər