28 Aprel 2016 10:48
2 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Ermənistanın müdafiə nazirləri Moskvada görüşüblər.

Teleqraf.com "İrna" agentliyinə istinadla xəbər verir ki, hazırda İran müdafiə naziri Hüseyn Dehqan və Ermənistan müdafiə naziri Siran Ohanyan Rusiya paytaxtında keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edirlər.

Görüşdə tərəflər Tehran-Yerevan əməkldaşalığı, bölgədiki durumla bağlı fikir mübadiləsi aparıblar.

Verilən məlumata görə, nazirlər regionda sabitliyin və dincliyin zəruri olduğunu, bu istiqamətdə region ölkələrinin birgə hərəkətinin əhəmiyyətini vurğulayıblar.

Ohanyan İran və Ermənistan əlaqələrinin önəmindən söz açıb, İranın ermənilərlə münasibətində gözəl keçmişin təqdirə layiq olduğunu deyib.

Mahir


Müəllif: