3 May 2016 08:35
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternetdə yayımlanan reklam posteri sosial mediada erməni və gürcü istifadəçilərin mübahisəsinə səbəb olub.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Gürcüstanın onlayn marketer.ge biznes saytı gürcü müəlliflər tərəfindən Gürcüstanın reklamı məqsədilə yaradılmış posterdəki "Gürcüstan" sözü, ermənilər tərəfindən "Ermənistan"la əvəz edilib.

“Ermənilərin posterdən xoşu gəlib və iki gün ərzində 10 min dəfədən çox paylaşılıb və bütün ölkə elə hesab edir ki, poster ermənilər tərəfindən Ermənistan üçün hazırlanıb,” saytda yazılır.

Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalında iştirak üçün hazırlanmış posterdə yazılır: “Gürcüstan kiçik ölkədir, lakin əgər ütüləsən ABŞ-dan da böyükdür”. Posterdə təsvir olunan xanım əlində ütü sanki dağları ütüləyir.

“Bu birinci dəfə deyil və yüz faiz sonuncu da deyil... Oğurluq çox pisdir!” marketer.ge Facebook səhifəsindəki postu paylaşan Sophie Balanchine yazıb.

Poster festivalda iştirak üçün Gürcüstanın ABK agentliyinin üzvləri Nino Lazaraşvili və Revaz Kuparadze tərəfindən hazırlanıb.


Müəllif:

Oxşar xəbərlər