4 May 2016 20:35
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya hakimi mütəşəkkil cinayətkarlıqda şübhəli bilinən 12 Rusiya vətəndaşının həbsinə beynəlxalq order verib. Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, İspaniya mediası ittiham olunan şəxslər arasında prezident Putinə yaxın rəsmilərin olduğunu bildirir.

Barəsində order çıxarılmış şəxslərdən biri də mafiya lideri olduğu iddia edilən Gennadi Petrovdur. O, 2008-ci ildə İspaniyada həbs edilsə də, Rusiyaya qaça bilmişdi.

Axtarışa verilənlər arasında Rusiya Federal Antinarkotik Xidmətinin rəis müavini Nikolay Aulov da var. O, məhkəmənin qərarını “siyasi motivli” kimi rədd edib.

Ağır Cinayətlər üzrə Məhkəmənin hakimi Jose de la Mata-nın çıxardığı orderdə deyilir ki, şübhəlilər Gennadi Petrovun başçılıq etdiyi Tambovskaya “mafiya sindikatına” bağlı olan şəxslərdir.

Onlar sifarişli qəttlər, qanunsuz narkotik mübadiləsi, silah ticarəti və çirkli pulların yuyulması kimi bır sıra cinayətlərdə ittiham olunurlar.


Müəllif:

Oxşar xəbərlər