6 May 2016 14:14
2 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağlıq Qarabağın statusu siyasi və diplomatik yollarla müəyyən olunmalıdır".

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu, Rusiyanın mövqeyidir: "Biz Dağlıq Qarabağın taleyinin yalnız danışıqlar yolu ilə həll edilməli olduğunu bəyan etmişik. Xatırlatmaq istəyirəm ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 2009-2013-cü illərdə verdiyi bəyanatlarda əks olunan bu münaqişənin həlli prinsipləri arasında Dağlıq Qarabağın statusunun hüquqi cəhətdən mütləq şəkildə öz iradəsini sərbəst şəkildə ifadə etmək yolu ilə müəyyən edilməli olması barədə fakt var".

Zaxarova əlavə edib ki, Rusiya ATƏT-in Minsk qrupunun uzvü kimi bu məqsədin reallaşmasına lazımi kömək göstərməyə hazırdır. Rusiya XİN sözçüsü bildirib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin müzakirəsində heç bir durğunluq yoxdur: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrlərin görüşü planlaşdırılır. Bu görüşün dəqiq vaxtı və yeri barədə danışmaq hələ tezdir".

Samir


Müəllif:

Oxşar xəbərlər