Əfqanıstanın Qazni vilayətində Kabul - Kandaqar yolunda iki avtobus və benzindaşıyan toqquşub.
Trend-in Sinxua agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində ən azı 10 nəfər ölüb, daha 50 nəfər yaralanıb.
Qəzadan sonra avtomobilin 3-də alışıb. "Ölənlərin sayı, yəqin ki, artacaq, çünki xəsarət alanların çoxu kritik vəziyyətdədir", deyə Əfqanıstanın hüquq-mühafizə orqanlarında bildirilib.
Ehtimal olunur ki, qəzanın səbəbi təhlükəli idarəetmə olub.
Hadisə yeri polis və ordu tərəfindən mühasirəyə alınıb.