İran 2009-cu ildə "Tehran-İrəvan" reysini həyata keçirən Tu-154M tipli təyyarənin Qəzvin şəhəri yaxınlığında qəzaya uğramasında Rusiya şirkətini ittiham təqsirli bilir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Tehran Prokurorluğunun nümayəndəsi Qazi Şəhriyari məlumat verib.
Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı bəzi faktlar ortaya çıxıb: "Məlum olub ki, qəzaya səbəb təyyarənin kompressorunda yaranmış güclü təzyiq olub. Bu məsələdə Rusiyanın layihəçi şirkəti və uçuşda məsul işçiləri günahkardır".
Qeyd edək ki, hadisə 2009-cu ilin iyulun 16-da baş verib. Hadisı nəticəsində 15-i ekipaj üzvü olmaqla 168 nəfər həyatını itirib.
Samir