İraqın paytaxtı Bağdadda fabrikə hücum olub. Nəticədə 18 nəfər ölüb, 32 nəfər yaralanıb.
Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, öncə avtomobil partladılıb və daha sonra 6 nəfər fabrikə daxil olaraq nəzarəti ələ keçirib.
Yaraqlılar atışma zamanı 18 polisi öldürüb, 32 nəfəri yaralayıb. Fabrik partladılıb və yaraqlılar öldürülüb.
Eyni zamanda Bağdadın cənubundakı bazarda partlayış olub, 3 nəfər ölüb, 16 nəfər yaralanıb.
Ayxan