Hindistanın Racastan ştatında istilik rekord təşkil edən 51C dərəcəyə çatıb, metrologiya idarəsindən xəbər verilir.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bundan əvvəlki rekord isə 1956-cı ildə, 50.6C olaraq qeydə alınmışdı.
Yeni istilik dalğası şimali Hindistana təsir edib və əksər ərazilərdə temperatur 40C keçib.
Adətən Hindistanda musson mövsümünə keçid dövrü bir həftə qızmar günəşlə müşayiət olunur, lakin həyati təhlükəli 50C istilik nadir hadisədir.
Metrologiya idarəsi həftə sonu Hindistanın şimal və qərb ştatlarında “kəskin istilər” olacağı barədə xəbərdarlıq edib.
Bu yay Hindistanın cənubundakı Telangana və Andra Pradeş ştatlarında istidən onlarla insan həlak olub. Havaların iyun ayının ortalarında, musson mövsümündə nisbətən sərinləşəcəyi gözlənilir.