22 May 2016 00:25
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obamanın xüsusi nümayəndəsi Brett Makqurk ilin əvvəlindən ikinci dəfə Suriyanın Kobani şəhərinə səfər edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Brett Makqurku Kobaniyə səfərdə müşavirlər, hərbçilər və siyasətçilərdən ibarət böyük nümayəndə heyəti müşayiət edir.

Brett Makqurk səfər çərçivəsində PKK terror təşkilatının Suriya qolları olan YPG, YPJ və PYD silahlı qruplaşmalarının liderləri ilə görüşüb. Məlumata görə, görüşlərdə İŞİD-in nəzarətində olan ərazilərin azad olunmasına dair yeni planlar müzakirə edilib.

“Biz sizi həm siyasi, həm də hərbi sahədə dəstəkləyirik və beynəlxalq koalisiya adından sizi daim dəstəkləməkdə davam edəcəyik”, - deyə Barak Obamanın xüsusi nümayəndəsi görüşdə bildirib.

Qeyd edək ki, Brett Makqurkun fevralda Kobaniyə səfər etməsi Türkiyə hakimiyyətinin ciddi narazılığına səbəb olmuşdu. “Qoy ABŞ kimin – bizim və ya kürdlərin onun dostu olduğunu müəyyənləşdirsin”, - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona sərt mesaj göndərmişdir.


Qeyd edək ki, ötən gün kürd silahlı dəstələri Rakkanın azad olunması uğrunda əməliyyatın başlandığını elan ediblər. Hazırda kürd silahlı dəstələrinin İŞİD-in “paytaxtından” 37 km şimalda mövqe tutduğu bildirilir.


Müəllif: