İraq hökuməti Əl-Fəlluca şəhəri yaxınlığına İŞİD terror qruplaşması ilə döyüşə girmək üçün 20 minə yaxın polis cəm edib.
Bu barədə İraq Federal Polisinin rəhbərinə istinadən yerli "Əs-Sumariyə" telekanalı məlumat yayıb.
İŞİD Bağdadın qərbində yerləşən Əl-Fəlluca şəhərini 2014-cü ildən əsarəti altında saxlayır.
Əhaliyə şəhəri tərk etmək xəbərdarlığı edilib. Bunu edə bilməyənlərdən terrorçuların bazalarından uzaq olmaq və qapılarından ağ bayraq asmaq tövsiyə olunub.
Döyüşdə dövlət güc strukturları, həmçinin şiə və sünnülərdən ibarət könüllülərin iştirakı gözlənilir. İraq Federal Polisinin döyüşçüləri ölkə DİN-ə aiddir, lakin tez-tez hərbi əməliyyatlarda iştirak edirlər.
"Federal Polis qüvvələrinin iyirmi min döyüşçüsü, həmçinin hərbi texnika və topçular bu gün Əl-Fəlluca ətrafına gəliblər və hücuma hazırlaşırlar", — deyə İraq Federal Polisinin rəhbəri Raid Şaker Caudat bildirib.(report)