23 May 2016 19:27
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyədə hökumətin dəyişməsi praktiki olaraq heç nəyi dəyişmir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Federasiya Şurasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini Vladimir Cabarov Binəli Yıldırımın Türkiyənin baş naziri vəzifəsinə seçilməsinə münasibət bildirərkən deyob:

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəllər olduğu kimi ölkəni prezidentlik idarə üsuluna keçirmək istəyir. Əhməd Davudoğlu bu plana qarşı çıxırdı. Türkiyə Konstitusiyasına görə, Binəli Yıldırımın yeni hökumət qurması və məclisdən lazımi səsi toplaması üçün bir həftə müddəti var. Ehtimal edirəm ki, nəticələr iyunun 7-də açıqlanacaq. Yeni baş nazir Türkiyə prezidentinə yaxınlığı ilə seçilən şəxsdir. Buna görə də onun qərarları ilə hərəkət edəcəyi məlumdur. Rusiya və Türkiyə arasında baş verən böhran zamanı Ərdoğanın bir çox körpüləri yandırdığının şahidi olduq. Vurulan qırıcımıza görə üzz belə istəmədi. Bunun əksinə gərginliyi daha da artırdı".

Samir


Müəllif:

Oxşar xəbərlər