31 May 2016 11:23
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO-nun Rusiya ilə əvvəlki münasibətlərə qayıtması mümkün deyil”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündə deyib.

O bildirib ki, hazırda alyansın bütün üzvləri bu fikirdədir.

Həmçinin, görüş zamanı NATO-nun iyulda Varşavada keçiriləcək sammitinə hazırlıq məsələləri müzakirə edilib. Soloxun sözlərinə görə, Varşava sammitində NATO-nun Şərqi Avropada hərbi varlığını genişləndirməsi əsas müzakirə məsələsi olacaq.

NATO-nun Baş katibi Yens Stoltenberq Polşaya səfəri zamanı bu ölkənin prezidenti Andrey Duda ilǝ də görüşüb.

Görüşdən sonra açıqlama verən Stoltenberq Polşanın paytaxtı Varşavada 8-9 iyul tarixlərində keçiriləcək NATO sammitindən sonra təşkilatın bölgədəki müdafiə və çəkindirici gücünü artıracağını bildirib.

Stoltenberq Varşava sammitindən sonra Polşaya qarşı hər hansı hücumun NATO-ya qarşı bir hücum sayılacağını göstərmək mǝqsǝdi ilǝ Polşada daha çox NATO gücünün yerlǝşdirilǝcǝyini vurğulayıb.

Bölgədǝ yerlǝşdirilǝcǝk əsgər sayının hələ dəqiqləşmədiyini bildirən Stoltenberq fərqli ölkələrdən hərbi hissələrin növbǝ ilǝ bölgədə olacağını deyib.

Samir


Müəllif: