Əlcəzairin şimalında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 33 nəfər həyatını itirib, 22 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Teleqraf.com İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, insident Aflu şəhərində qeydə alınıb. Qəzadan sonra avtomobilin alovlandığı bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, Əlcəzairdə yol nəqliyyat hadisələri nəticəsində hər il 4 mindən çox insan həyatını itirir.