6 İyun 2016 00:17
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donbas münaqişə zonasında həlak olmuş Ukrayna əsgərlərinin mindən çoxu "qeyri-döyüş şəraitində" ölüb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bunu Ukraynanın baş hərbi prokuroru Anatoli Matios bildirib.

"Mindən çox əsgər ölüb, üç mini yaralanıb... Bütün bunlar, müxtəlif qeyri-döyüş şəraitində baş verib, kimi içməkdən, kimi silahdan ehtiyatsız istifadədən, dedovşinadan və buna bənzər digər səbəblərdən dünyasını dəyişib", Anatoli Matios Ukrayna televiziyasına müsahibəsində bildirib.

Baş hərbi prokuror qeyri-döyüş şəraitində baş vermiş hərbi itkiləri müharibənin fəsadları, post-travmatik stress sindromu və "cəmiyyətdə barış ab-havasının olmaması" ilə izah edib.

BMT-nin son hesabatına əsasən, Ukraynanın şərqində iki ildən çoxdur davam edən münaqişə nəticəsində 9404 adam həlak olub, 21671 nəfər yaralanıb.


Müəllif:

Oxşar xəbərlər