Qondarma erməni soyqırımı barədə qanun layihəsini Bundestaqa təqdim edən Yaşıllar partiyası Almaniya Kansleri Angela Merkelə müraciət edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı partiyanın Bundestaqdakı deputatı Klaudia Roz açıqlama verib.
Çağırışda Merkelin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın alman parlamentarilərinə qarşı işlətdiyi sərt sözlərə cavab vermək tələb olunub: "Ərdoğan açıq şəkildə millət vəkillərini təhdid edir. Bu cavabsız qalmamlıdır".
"Türkiyənin mövqeyi anlaşılmazdır"
Merkel bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfrasında danışıb: "Bundestaqın bütün deputatları istisnasız olaraq azad şəkildə seçilib. Türkiyə tərəfindən onların ünvanına səslənən ittihamlar əsassız və tamamilə anlaşılmazdır".
Qeyd edək ki, iyunun 2-də Bundestaq "erməni soyqırımı"nı tanıdığını elan etmişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın qondarma erməni soyqırımı qərarını qəbul etiməsini şantaj kimi qiymətləndirib.
Samir