Təşkilat komitəsindən Kult.az-a verilən məlumata görə, müsabiqənin elan olunmasından qısa müddət keçməsinə baxmayaraq, artıq xeyli əsər göndərilib. Təşkilat komitəsi göndərilən əsərlərin arasından müsabiqənin tələblərinə cavab verən 20 hekayəni qəbul edib.
Hekayə göndərənlərin sırasında İranda yaşayan tanınmış azərbaycanlı yazarlar da var. Hazırda İrandan 12 hekayə göndərilib və onlardan artıq 4-ü müsabiqəyə buraxılıb. Digərləri latın əlifbasına keçirildikdən sonra dəyərləndiriləcək.
Müsabiqəyə əsər qəbulu, mükafat fondu və digər qaydalarla bağlı məlumatı bu LİNK-dən öyrənə bilərsiniz.