18 Noyabr 2017 15:41
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Azərbaycan Diplomatik Akademiyasında “ADA Çölçü Klubu” və “İlğım” qrupu tərəfindən təşkil edilmiş tədbirdə f.ü.f.d. Şəmil Sadiq "Azərbaycan Ədəbiyyatında Milli Axın və Onun Günümüzə Təsirləri” adlı mühazirə deyib.

Teleqrafşcom xəbər verir ki, tədbirdə akademiyanın tələbələri ilə yanaşı, müxtəlif universitetlərin tələbələri, təhsilə aid bəzi qurumlardan qonaqlar iştirak edib. 1 saat davam edən mühazirədə Şəmil Sadiq ümumilikdə ədəbiyyatın məqsədləri barədə danışarkən, əsas hədəfi “Ədəbiyyatda milli ruh” məsələsinə yönəldib. Bu barədə dünya ədəbiyyatından xeyli misal çəkən mühazirəçi yerli ədəbiyyat nümayəndələrinin də bu cəhdlərini müqayisə edib. Ş.Sadiq deyib ki, “Ədəbiyyatda milli ruh, milli ideologiya bir çox yazıçı və şairlərimizdə olsa da, mənə görə, ən milli düşüncə insanımız Hüseyn Caviddir. Onun bir “Şeyx Sənan”ı bunu sübut etmək üçün kifayət edir”.

Mühazirədən sonra Şəmil Sadiq auditoriyanın suallarını cavablandırıb, müzakirələrə səbəb olan bir sıra mövzulara toxunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər