Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Georgi Avetisyan Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbəri vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Həmin gün təhsil, mədəniyyət, elm və idman nazirinin müavini Qrişa Tamrazyan da istefa ərizəsini təqdim edib. Xəbəri nazirlik təsdiqləyib.
İstefaların hansı səbəbdən baş verdiyi açıqlanmasa da erməni mediası bunu “Paşinyanın öz komandasında təmizləmə işi” adlandırıb.