Ermənistanda daha 2 441 nəfərdə koronavirus aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 92 254-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 22 nəfər artaraq 1 363-ə çatıb. İndiyədək 55 827 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 34 691 aktiv koronavirus xəstəsi var.