3 Noyabr 2020 12:22
3 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hökuməti Dağlıq Qarabağ münaqişəsi zonasında baş verənlərin məsuliyyətini bölüşməyə yer axtarır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İrates” qəzeti məlumat yayıb.

Nəşr Ermənistan rəhbərliyinin Azərbaycan qarşısındakı məğlubiyyətdən yayınmağa çalışdığına eyham vurub:

“Mövcud hökumətin müxalifətin təklifini qəbul etmək və bir dövlət müdafiə komitəsi yaratmaqdan, yəni əslində baş verənlərə görə məsuliyyəti bölüşməkdən imtina etməsinə baxmayaraq, təbliğat saytlarında tamamilə fərqli bir taktika seçilib.

Hakim dairələr bütün bunlarda əvvəlki hökumətin günahkar olduğu və baş verənlərin onların siyasətlərinin nəticəsi olduğu barədə açıq bir mesaj hazırlayıblar, artıq dövriyyəyə buraxdılar. Onlar deyirlər ki, bu şəkildə günahı bölüşməyə və mövcud vəziyyət üçün məsuliyyəti yalnız hazırkı hakimiyyətə həvalə etməməyə çalışırlar. Çünki müharibədən sonra bir çox suallara cavab verilməli olacaq və hökumət bu yükü öz üzərinə götürmək istəmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər