Müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyan həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə onun silahdaşları məlumat yayıb.
Məlumata görə Sarukyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub.
Qeyd edək ki, Qarabağ münaqişəsi ilə bağlı əldə olunan razılaşmalara etiraz olaraq bu gün İrəvanda etiraz aksiyası keçirilir.