Ermənistan Baş naziri Nikol Paşinyan bu gün onlayn mətbuat konfransı keçirməyi planlaşdırır.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyan 12 media qurumunun suallarını cavablandıracaq.
Məlumata görə, üç televiziya, bir neçə sayt, radio və qəzet nümayəndəsi Baş nazir Paşinyana suallar verəcək.
Qeyd edək ki, Azərbaycan Ordusunun ciddi zərbələrinə tab gətirməyən Ermənistan tərəfi sülhə getməyə məcbur olub. Hazırda Ermənistanda ictimai-siyasi münasibətlər kəskindir və ölkə vətəndaş müharibəsi ərəfəsindədir.