“Üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan arasında) razılaşmanı imzalamaqdan başqa alternatimiz yox idi”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ermənistan cəmiyyəti bu sənədin imzalandığı vəziyyətdə bizim üçün daha yaxşı bir alternativin olmadığı ilə razılaşır. Yəni, fikrimcə, Ermənistan cəmiyyətində imzalanmış sənədlə bağlı yaranmış anlayış bundan kənarda deyil.
Hələ hər şeyin niyə baş verdiyini və niyə belə bir vəziyyətə gəldiyimizi təhlil etməli, anlamalı və sualları cavablandırmalı olduğumuz başqa bir həqiqət var. Noyabrın 9-da başqa bir alternativimiz yox idi. Düşünürəm ki, mövcud vəziyyət haqqında Ermənistan cəmiyyətində hakim olan fikir budur”, - Paşinyan qeyd edib.