27 Noyabr 2020 14:49
21 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan baş naziri ya Azərbaycana 50 milyard dollar təzminat ödəyəcək, ya da Armavir şəhərini təslim edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş ədliyyə naziri Arpina Ovannisyan deyib.

Sabiq nazir Ermənistanın Azərbaycana vurduğu zərərə görə ödəməli olacağı təzminata diqqət çəkib:

“Siz də yəqin ki, Azərbaycan prezidentinin 50 milyard dolları (təxminat) necə hesablayacağını və bizdən tələb edəcəyini düşünürsünüz. Bu o deməkdir ki, Sotk (Kəlbəcər - Zod) qızıl yatağının yarısını qanuni şəkildə Azərbaycana təhvil verdikdə, mədənin istismarından Ermənistanın dövlət büdcəsinə ödənilən vergilərin qanuniliyi şübhə altına alınır. Yəni, bu lənətə gəlmiş sənədə görə, bu ərazinin yarısı Azərbaycana aiddirsə və dünən Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi tərəfindən rəsmi olaraq təsdiqlənibsə, bu o savadsızın Sotk yatağının indiyədək istismar prosesini qanunsuz hala gətirməsi deməkdir.

Belə çıxır ki, Sotk yatağının istismarından dövlət büdcəsinə ödənilən pulun ən azı yarısı qanunsuz gəlir hesab edilə bilər. Bu illər ərzində Ermənistan büdcəsinə ödənilən vergilər tələb olunanda təəccüblənməyin. Bu vergi maaşlar, təqaüdlər, müavinətlər və digər xərcləri ödəmək üçün istifadə edilib.

Yəqin ki, “xilaskar” baş nazir bunu xanımının (Anna Akopyanın) fondundan, yaxud “VIVARO”-ya verilən pullardan ödəməyəcək, əksinə azərbaycanlılara qaytarmaq üçün pulu sizdən tələb edəcək və ya bunun əvəzinə, o, məsələn, Armaviri (Sərdarabad) verəcək.

Bu və digər məsələlərin mümkün qədər tez həll edilməsi lazımdır. Bu adi bir açıqlama deyil, qarşılaşdığımız bir fəlakətdir. İstəyir inanın, istəyir inanmayın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər