Qarabağdakı məğlubiyyətə görə Paşinyan və digərləri günahkardır.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı erməni əsilli politoloq Armen Qasparyan deyib.
Politoloq hesab edir ki, əslində Ermənistan Azərbaycanla informasiya müharibəsində məğlub olmuşdu:
"2020-ci ilin sentyabr və oktyabr aylarını nəzərdə tutmuram. Yəni Qarabağda münaqişənin qızğın mərhələsindən daha əvvəl, 2018-ci ilin mayında Ermənistan Azərbaycana informasiya müharibəsində məğlub olmuşdu”.
Qasparyanın fikrincə, Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra komandası ilə birlikdə informasiya təhlükəsizliyi daxil olmaqla, mümkün olan hər şeyi məhv etməyə başlayıb. Qarabağdakı müharibə zamanı şərti olaraq Azərbaycan tərəfinin hər 8 xəbəri Ermənistanın 2 xəbərinə uyğun gəlirdi. Hərbi əməliyyatlar zamanı Ermənistan hakimiyyəti hərbi qarşıdurma kimi vacib bir amildən informativ baxımından istifadə etmədi”.
Bununla belə rusiyalı politoloq bütün bunlara görə, günahın bir nəfərin üzərinə atılması cəhdlərini təhlükəli hesab edir. Onun qənaətinə görə, bu gün müxtəlifət daxil olmaqla, informasiya gündəmini dolduran bir çox qüvvə mövcud vəziyyətə səbəb olan qərarları alqışlayıb: “İnsanların qısa yaddaşa sahib olduqlarını düşünürlərsə, çox səhv edirlər. Bu cür komponentlərlə müharibə yalnız itirilə bilər. Ümumiyyətlə mənə elə gəlir ki, Ermənistanda onlar tam olaraq nə baş verdiyini başa düşmürlər. Bu hərbi məğlubiyyət deyil, çoxlarının günahkar olduğu milli zillətdir”.