“Ermənistanı idarə edən qorxaq rejim şiddət, yalan, şantaj və riyakarlıqla xalqın birləşməsinin qarşısını almağa çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu “Daşnaksütyun” partiyası ali məclisinin nümayəndəsi İşxan Saqatelyan deyib.
Saqatelyan Baş nazir Nikol Paşinyanın cəmiyyəti vətəndaş müharibəsinə sürüklədiyini söyləyib:
“Əzab içində olan rejim vətəndaş qarşıdurmaları yaratmaq işində təcrübəyə malikdir. Aydındır ki, Nikol Paşinyanın istefası və keçid hökumətinin qurulması yalnız qanuni, konstitusiya yolu ilə baş verməlidir. Nikol artıq xalqdan dəstək ala, bundan istifadə edə bilmir. Bu anda yanında yalnız bir qrup var - bir neçə təxribatçı və avantürist.
Erməni xalqının ləyaqəti alçaldılıb, buna səbəb olan Nikol Paşinyan gedəcək. Hər an Nikol Paşinyan üçün həyati zərurətdir. Nikolu aradan götürüb vətəni qurtarmalıyıq”.