13 Dekabr 2020 00:59
3 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" Partiyasının Məşvərət Şurasının təcili iclası çağırılıb.

Teleqraf.com xəbər verir ki, erməni mətbuatı iclasın partiya qərargahında deyil, Nikol Paşinyanın iqamətgahında keçirildiyini qeyd edib.

Paşinyanın özünün iclasda iştirak edib-etmədiyi dəqiqləşdirilməyib.

İclasda Qarabağdakı son vəziyyət, Paşinyanın istefası məsələsinin əsas müzakirə mövzusu olduğu bildirilir.

Partiyanın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Vaaqn Aleksanyan mediaya açıqlamasında istefa ilə bağlı müzakirənin aparıldığına dair xəbərləri şayiə adlandırıb.


Müəllif: Teleqraf.com